Qadının evinə girib bıçaqla hədələdilər
15 aprel 2016 13:20 (UTC +04:00)

Qadının evinə girib bıçaqla hədələdilər

Gəncədə quldurluq əməli törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 11-də naməlum şəxs Gəncə şəhər sakini Sevda Tağıyevanın evinə girib onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edib. Qadın səs-küy yaratdığından o, istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib.

 

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Gəncə şəhər sakini Şükür Əşrəfov tutulub.  Onun daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar