Fevralın 6-da Abşeronda oğurluğa cəhd göstərmiş 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 6-da saat 02 radələrində Göradil qəsəbəsində yaşayan Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş Abşeron Rayon Mühafizə İdarəsi və PPXB-nin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş Masallı rayon sakini Qubad İbadov və paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov saxlanılıb və Binəqədi RPİ 4-cü PB-yə təhvil veriliblər.
M.Seyidovun üzərinə baxış zamanı əlcək, 1 ədəd bıçaq və 0,166 qram heroin aşkar edilərək götürülüb.