Qadını qarət edən kişi tutuldu
03 dekabr 2014 11:39 (UTC +04:00)

Qadını qarət edən kişi tutuldu

Bakıda qadını qarət edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 26-da axşam saatlarında A. Nemətulla küçəsində baş verib.

Nərimanov RPİ Təhlükəsiz Şəhər Xidməti, 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnurə Sadıxovanın içərisində 530 manat, bank və tibbi müayinə kartları olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elton Ağaballı tutulub.

Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar