
Qadına zor tətbiq edən şəxs tutuldu
0
0
Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
0
0