Qadına evində hücum edildi
26 fevral 2016 21:30 (UTC +04:00)

Qadına evində hücum edildi

0

Gəncə şəhər sakini yaşadığı evdə naməlum şəxsin hücumuna məruz qalıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1958-ci il təvəllüdlü Aidə Şəfiyeva yaşadığı evdə bir otaqdan başqa bir otağa keçmək istəyərkən naməlum şəxs tərəfindən küt alətlə vurulub. Müxtəlif bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Xəsarət yetirən şəxsin evə soyğunçuluq məqsədi ilə girdiyi ehtimal olunur.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar