Bakıda xanım sürücü qəza törədib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində qeydə alınıb. Xanım sürücü idarə etdiyi 90 XK 893 dövlət nömrə nişanlı "Pajero" markalı avtomobili ilə "STOP" qadağanedici yol nişanının tələbini pozaraq, 10 PN 372 dövlət nömrə nişanlı "Fiat" markalı maşını vurub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər.
Avtomobillər çağırılmış evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb.
Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.