Qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb
19 aprel 2017 08:56 (UTC +04:00)

Qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb

 

Bakıda kafedə xidmətçi işləyən qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
 
Belə ki, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən "Mor-Mor" kafesində xidmətçi işləyən 1984-cü il təvəllüdlü Hümbətəliyeva Tərgül Məzahir qızı müştəri tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. 
 
 
T.Hümbətəliyeva polisə ifadəsində bildirib ki, o, 4 aydır qeyri-rəsmi nikahda yaşadığı (həmin şəxsin adı hələlik açıqlanmır) kişi tərəfindən bıçaqlanıb.
 
 
Faktla bağla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar