Prokurorluq orqanlarının üç əməkdaşı işdən qovulub
04 oktyabr 2013 17:32 (UTC +04:00)

Prokurorluq orqanlarının üç əməkdaşı işdən qovulub

Azərbaycanda üç prokurorluq işçisi işdən çıxarılıb.

 

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

 

 

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı Vüsal Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar