Prokurorluğun yanında meyit tapılıb
01 dekabr 2014 18:55 (UTC +04:00)

Prokurorluğun yanında meyit tapılıb

0

Bakıda naməlum kişi meyiti aşkarlanıb. 

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rayon Prokurorluğunun yanında yerləşən 4 mərtəbəli binada qeydə alınıb.

Həmin binanın zirzəmisində şəxsiyyəti məlum olmayan naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Meyitə ilkin baxış zamanı onun üzərində hər hansı  xəsarət aşkar edilməyib . Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 943

Oxşar yazılar