Prokuror baş redaktora 5 il yarım iş istədi
05 noyabr 2013 10:53 (UTC +04:00)

Prokuror baş redaktora 5 il yarım iş istədi

“P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə dünən keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edib və ona 5 il yarım iş kəsilməsini istəyib.

 

Lent. az-ın BBC Azərbaycancaya istinadən xəbərinə görə, vəkil Samir İsayev deyib ki, proses noyabrın 12-də müdafiə tərəfinin və Sərdar Əlibəylinin çıxışı ilə yekunlaşacaq.

 

Sərdar Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. İstintaq materiallarına görə, S. Əlibəyli Namiq Əmirov adlı şəxslə mübahisə edib və onu daşla vurub.

 

S. Əlibəyli iyulun 31-də həbs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar