Hazırda həbsdə olan kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısın əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi aprelin 26-a təyin edilib.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb. V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb. V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.