Prezident İlham Əliyev Davudoğluna zəng edib
08 iyun 2015 17:13 (UTC +04:00)

Prezident İlham Əliyev Davudoğluna zəng edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan prezidenti Ə. Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibəti ilə təbriklərini çatdırıb.

 

Türkiyə baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

 

İ. Əliyev və Ə. Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar