Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikkini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib.
Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan EOC prezidenti bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirib.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə EOC arasında əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.