Polisin ayağını əzən sürücü tutuldu
05 dekabr 2014 13:59 (UTC +04:00)

Polisin ayağını əzən sürücü tutuldu

0

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşına tabeçilik göstərməyərək xəsarət yetirmiş Bakı şəhər sakini Anar Hüseynovla bağlı məlumat yayıb. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb. A.Hüseynovdan sənədlərini təqdim etməsi tələb edilib. A.Hüseynov tabeçilik göstərməyib, avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib.

 

Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. A.Hüseynov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar