Polis Sumqayıtda xüsusi əməliyyat keçirdi
04 noyabr 2013 13:49 (UTC +04:00)

Polis Sumqayıtda xüsusi əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib.


 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah məqsədilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etməsi və Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac İsmayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompüter yerləşdirmələri müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında “AZ novoaz-147” adlı onlayn pul (qumar) oyunları üçün nəzərdə tutulmuş proqramlar müəyyən olunduğu 1 ədəd “Toshiba Satellite” markalı “C875” modelli, 4 ədəd “HP” markalı “655” modelli və 2 ədəd “Lenovo” markalı “B590” modelli, cəmi 7 ədəd noutbuk tipli kompyuter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanıb.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726
avatar

Oxşar yazılar