Polis rəisinin oğlu cəzalandırıldı
02 aprel 2015 11:56 (UTC +04:00)

Polis rəisinin oğlu cəzalandırıldı

0

Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Belə ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Bəkir Qarayev apardığı cinayət işlərinin istintaqını həyata keçirərkən nöqsanlara yol verdiyinə görə işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilib. Daxili əmrə əsasən, B.Qarayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, keçmiş müstəntiq B.Qarayev Ağdaş Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Qabil Qarayevin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar