Piyadanı vurub qaçan sürücü yaxalanıb
01 oktyabr 2016 13:23 (UTC +04:00)

Piyadanı vurub qaçan sürücü yaxalanıb

0

 

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli saxlanılıb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar