Abşeron rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində qeydə alınıb.
Yolu keçən piyada, 38 yaşlı Mehdi Nuriyevi VAZ-2107 markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü isə ərazidən yayınıb. Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qəzanı törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıblar.Qəzanı törədən sürücü əvvəlcə hadisə yerindən qaçsa da, bir qədər sonra rayon Polis İdarəsinə gedərək, təslim olub.
Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 38 yaşlı kişinin ölümünə səbəb olan hadisəni 27 yaşlı Ələkbərov Şahin Şakir oğlu törədib. Qeyd edək ki, dünyasını dəyişən Mehdi Nuriyev makler kimi fəaliyyət göstərirmiş.
Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır. Qəzanın yüksək sürət üzündən baş verdiyi ehtimal olunur.