Sumqayıt şəhərinda bədbəxt hadisə zamanı xəsarət alan şəxs vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 27-də Sumqayıt şəhərinin Yaşıl dərə bağlar sahəsində yaşayan Raqif Hüseynov evində kondisioneri divara bərkidərkən pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Hüseynov avqustun 4-də orada ölüb.
Araşdırma aparılır.