Penitensiar xidmət: “Məhkumlarla bağlı yalan məlumatlar yayılır”
28 sentyabr 2019 20:25 (UTC +04:00)

Penitensiar xidmət: “Məhkumlarla bağlı yalan məlumatlar yayılır”

 
Son günlər bəzi sosial şəbəkələrdə və informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncələr verilməsi barədə həqiqətdən uzaq, böhtan xarakterli məlumatlar dərc edilib.
 
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 
 
Qeyd edilib ki, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı qorunması daim diqqət mərkəzindədir. Xidmətin rəsmi internet səhifəsində vətəndaşlar üçün, cəzaçəkmə müəssisələrində isə məhkumlar üçün «Qaynar xətt» telefonları təşkil olunmaqla onlara hər hansı bir neqativ hallarla bağlı aidiyyəti instansiyalara müraciət etmək üçün şərait yaradılıb. 
 
Bundan başqa beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının nümayəndələri, o cümlədən Ombudsman aparatının üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkir, orada saxlanılan şəxslərin saxlanma şəraiti, hüquq və azadlıqlarının təmin olunması məsələləri ilə maraqlanırlar. Başçəkmələr zamanı hər hansı işgəncə faktı qeydə alınmayıb.
 
Son məlumatlarla əlaqədar, Penitensiar xidmətin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin məsul əməkdaşları tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsində aparılan araşdırma zamanı informasiya saytlarında yayılan məlumatlarda göstərilən xüsusatlar öz təsdiqini tapmayıb.
 
Eyni zamanda İctimai Komitə üzvləri Əliməmməd Nuriyev, Səadət Bənənyarlı, Əhməd Abbasbəyli tərəfindən 28 sentyabr 2019-cu il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmənin və məhkumların fərdi qəbulunun nəticəsinə dair verdikləri bəyanatda da hər hansı işgəncə və qeyri-qanuni rəftar hallarının aşkar olunmadığı öz əksini tapıb.
 
Sosial şəbəkələrdə bəzi şəxslərin öz maraqlarına uyğun belə böhtan xarakterli məlumatların yaymaq cəhdləri ictimaiyyətdə Penitensiar xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmaq məqsədləri güdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10