Paytaxtda iki "Mercedes" toqquşdu
25 dekabr 2014 07:11 (UTC +04:00)

Paytaxtda iki "Mercedes" toqquşdu

0

Lent.az-ın məlumatına görə, 25 yaşlı Elçin Cəfərov "Mercedes" markalı  avtomobillə  Ceyhun Hacıbəyli küçəsindən üzü  Vaqif   küçəsi  istiqamətinə  doğru yüksək  sürətlə  hərəkətdə  olarkən qəfil idarə etməni itirib. Nəticədə  qarşıda dönmə əməliyyatını yerinə yetirən 25 yaşlı Elyar Ağayevə  məxsus  eyni markalı  avtomaşına  çırpılıb.

 

Zərbənin  təsirindən qarşıdakı  avtomobil  yoldan  çıxaraq  ərazidə  yerləşən yaşayış  binasına  dəyib. Baş verən qəzada xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Əraziyə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar