Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında qeydə alınıb. 30 yaşlı Sakit Valeh oğlu Kərimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Sakit Kərimov dərhal əməliyyat olunub. 1 saylı Şəhər Klinik Xəstəxanasının növbətçi cərrahı APA-ya açıqlamasında Səbuhi Sadıqov yaralıda 3 bıçaq xəsarətinin olduğunu bildirib.
Hadisə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları araşdırmalara başlayıblar. Hadisə yerindən qaçan naməlum şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.