Bakıda 3 minik avtomobili toqquşub.
APA-nın məlumatına görə, hadisə aeroportdan “Koroğlu” metrostansiyası istiqamətində gedən yolda baş verib.
Qəza nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və “Təcili yardım” cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən aparılıb.