Pakistan vətəndaşını soyan ruhi xəstə tutuldu
21 yanvar 2016 15:08 (UTC +04:00)

Pakistan vətəndaşını soyan ruhi xəstə tutuldu

0

Cəlilabad rayon sakini Pakistan vətəndaşını soyub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 20-də Cəlilabad rayonunun Uzuntəpə kəndində naməlum şəxs Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çantasını açıq talama yolu ilə alıb.

 

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar