Özünü 9-cu mərtəbədən atan qadının şəxsiyyəti müəyyənləşdi
01 aprel 2015 10:39 (UTC +04:00)

Özünü 9-cu mərtəbədən atan qadının şəxsiyyəti müəyyənləşdi

 

Bakıda intihar edən qadının şəxsiyyəti müəyyənləşib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün rayon ərazisində intihar edən şəxsin Ağdam rayonundan məcburi köçkün olan və Hövsan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Gülnaz Adil qızı Bəkirova olduğu məlum olub.

 

Qeyd edək ki, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141

Oxşar yazılar