Bakıda bıçaqlanma hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında baş verib.
İlqar Teymurov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər İ.Teymurovun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Yaralı həkimlərə özü-özünü bıçaqladığını bildirib. Hadisə barədə xəstəxanadan Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə məlumat verilib.
Faktla əlaqədar araşdırmalara başlanılıb. İlqar Teymurovun ifadəsinin düzgünlüyü yoxlanılır.