Gəncə şəhər sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Şamil Qəhrəmanov döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, Ş. Qəhrəmanov şəhərin Məhsəti qəsəbəsində yaşadığı evdə özü-özünü bıçaqlayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.