Dövlət sərhədini pozan 39 nəfər saxlanılıb
07 may 2016 11:02 (UTC +04:00)

Dövlət sərhədini pozan 39 nəfər saxlanılıb

0

 

Cari ilin aprel ayı ərzində dövlət sərhədini pozduqlarına görə 26 halda 39 nəfər saxlanılıb.

 

 

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, onların 12 nəfəri Azərbaycan, 8 nəfəri Banqladeş, 5 nəfəri Nigeriya, 4 nəfəri İran, 3 nə­fəri Özbəkistan, 2 nəfəri Gürcüstan, hər ölkədən bir nəfər olmaqla Əfqanıstan, Tacikistan, Fransa, Syerra Leone və Moldova vətəndaşı olub.

 

Həmçinin, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 15 nəfər, Xəzər dənizində 42 halda 68 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 469 halda 590 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

DSX-dan bildirilir ki, ötən ay ərzində axta­rışda olan 342 nəfər cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan hüquq-mühafizə orqanları tərəfindən

aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Bundan başqa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 506 kiloqram 183,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

Ötən ayın statistik nəticələrinə görə, aprel ayının 20-də Biləsuvar rayonunun Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində rayon sakinləri Əsgərov Mübariz Müqabil oğlu və Məmmədzadə Anar Qurbanəli oğlu 1010 qutu “DC”, 490 qutu “MM” markalı siqaret və 1 kq qurudulmuş marixuana ilə yaxalanıblar.

 

116 halda ümumi dəyəri təq­ribən 20 milyon 401 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd pnevmatik tüfəng, 17 000 Azərbaycan manatı , 29988 qutu siqaret, 600 qram civə, 92 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar