Meyitxanaya atılan azərbaycanlı necə dirildi? - <span style="color:red;">ŞOK FAKTLAR
20 fevral 2014 15:14 (UTC +04:00)

Meyitxanaya atılan azərbaycanlı necə dirildi? - ŞOK FAKTLAR

Asim Rəsulovun 35 yaşı var. Qazaxıstanda başından aldığı zərbədən sonra görmə qabiliyyətini itirib, sərbəst yeriyə bilmir. Dörd ildir, sağalmaq üçün mübarizə aparır.

 

Anası Nazilə Rəsulova APA TV-yə deyib ki, onların ailə faciəsi 2004-cü ildə, həyat yoldaşının ölümü ilə başlayıb. Həmin vaxt Asim və qardaşı Rasim bir neft şirkətində işləyirmişlər. 2005-ci il dekabrın 23-də Qazaxıstana ezamiyyətə göndərilən Rasim mindiyi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirir. Qardaşının ölümündən bir il sonra isə Asim ixtisara düşür. 2008-ci ildə "Tekfen Holding"-də özünə iş tapan Asim Qazaxıstanın Atrau şəhərinə göndərilir. İşini yaxşı bacardığından, onu Levent Nihat Bozqurd adlı Türkiyə vətəndaşı Atraudan Astanaya - öz şirkətinə dəvət edir. Asim razılaşır. Ancaq şərt qoyur ki, burda çox işləyə bilməyəcək, anası Bakıda təkdir. Bir müddətdən sonra Asim öz rəisinə Bakıya qayıtmaq fikrində olduğunu deyir, şirkətdən alacağını istəyir

 

Asim Rəsulov deyir ki, şirkət pulunu nağd verməyib: "Dedilər ki, əvvəlcə Karakandaya gedib, əşyalarımı yığım, Pul lazım olduğunu desəm də, vermədilər".

 

Asim yaşadığı yerə qayıdır. Kirayə qaldığı evin qapısını açanda, başına küt alətlə vururlar. Huşunu itirdikdən sonra sinəsindən bıçaqlanır. Onu iki gün sonra yaşayış yerindən uzaqda, qarın içində tapırlar.

 

"2010 -cu il fevralın 2-də Asimi tanıyan bir nəfər azərbaycanlı bizə zəng etdi ki, Asimi vurublar, ölüb".

 

Asimi yiyəsiz meyit kimi morqa atıblar. Sonra morqda ürəyinin döyündüyünü biliblər. Həkimlərin səyi nəticəsində Asim həyata qayıdıb. İki ay komada qalıb. Ailəsi Qazaxıstana gedir: "Ərizə yazdım ki, uşağı bu günə qoyana ən ağır cəzanı istəyirəm. Orada 5-6 dəfə polislər gəldi. Asim heç kimi tanımırdı, danışmırdı. Danışa bilmirdi. Polislər gəlirdi ki, özü danışsın, görək bunu kim vurub, niyə eləyib. Bu da danışa bilmirdi deyə, götürdük gəldik Azərbaycana".

 

Asim 3 il ildir, nə danışır, nə hərəkət edir. Uzun müddət aparılan müalicə nəticəsində irəliləyişə nail olub. Bakıya gəldikdən sonra, Qazaxıstan hüquq-mühafizə orqanları iki dəfə Asimgilə zəng edib, amma özü danışa bilmədiyi üçün onlara izahat vermək mümkün olmayıb. 

 

Asim komada olanda Levent Nihat onun əmək haqqının qalığını ailəsinə ödəyib.

 

Asim Levent Nihatın şirkətində sənədsiz işləyirmiş. Anası deyir ki, özləri birtəhər dolanırlar.. Amma Asimin xəstəliyi olmasaydı...

 

"Gözü görmür, gəzmir".

 

Nazilə Rəsulovanın sözlərinə görə, Asimin İsraildə sağalmasına 60-70 faiz zəmanət verilir. O, Bakıya yeriyərək gələ bilər, gözləri də görər. Ancaq, bu müalicə üçün 80 min dollar lazımdır.

# 7843
avatar

Oxşar yazılar

Bakıda kişi binadan özünü atmaq istədi  - VİDEO

Bakıda kişi binadan özünü atmaq istədi - VİDEO

11 may 2024 , 23:59
Goranboyda minik və yük maşınları toqquşub, ölən var

Goranboyda minik və yük maşınları toqquşub, ölən var

11 may 2024 , 23:16
Milyonçu qadın  özünü öldürdü:   Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

11 may 2024 , 21:49
Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56