Portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubu ilə danışıqlara başlayıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, “Fənərbaxça” Mourinyonu komandaya baş məşqçi təyin etməkdə hədsiz dərəcədə maraqlıdır. Türkiyə klubu tərəfindən danışıqları idman direktoru Mario Branko aparır.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis hazırda heç bir klubun baş məşqçisi deyil. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub.