Dələduzlar professoru da  bu üsulla aldatdılar
11 may 2024 17:44 (UTC +04:00)

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarların professorun hesabından pul oğurlamağa çalışdıqlarını xəbərdar edib və deyib ki, əmanətlərini saxlamaq üçün bütün vəsaitləri maliyyə institutunun “təhlükəsiz” hesabına köçürməlidir.

Qadın saxta bank işçisinin bütün göstərişlərinə əməl edib və göstərilən detallardan istifadə edərək üç milyon rubl (təxminən 55 min 500 manat) köçürüb. Fırıldaqçılar ucbatından külli miqdarda pul itirdiyini anlayan professor polisə müraciət edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3354
avatar

Oxşar yazılar