Azərbaycana qaçaqmal siqaret keçirilməsinin qarşısı alınıb
01 fevral 2016 12:27 (UTC +04:00)

Azərbaycana qaçaqmal siqaret keçirilməsinin qarşısı alınıb

0

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda siqaretin keçirilməsinə cəhdin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Şükür Qurbanzadənin idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdə 1158 qutu “MM” markalı siqaret aşkar olunaraq götürülüb.

 

Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydə alınıb. Burada isə Azərbaycan vətəndaşı Marif Rzayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının yük yerində Rusiya Federasiyasının aksiz markası ilə markalanan 240 qutu “Parliament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar