Öldürdü, meyitini maşının baqajına qoydu
04 avqust 2014 12:58 (UTC +04:00)

Öldürdü, meyitini maşının baqajına qoydu

0

İki gün əvvəl Samux rayonunda törədilən qətlin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Samux rayonunun Sərkar kəndinin ərazisində Gəncə şəhər sakini Səyyad Bədəlovun meyiti onun özünə məxsus “VAZ-21015” markalı avtomobilin yük yerində aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.

 

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Bağırov müəyyən edilərək tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1559

Oxşar yazılar