Oğuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu ərazisində “Kamaz” markalı yük avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Şimal-qərb Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 23:56-da başa çatıb.