Oğuz sakini sirkə turşusu içdi
07 mart 2016 22:43 (UTC +04:00)

Oğuz sakini sirkə turşusu içdi

Oğuzda 35 yaşlı kişi intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 7-i axşam saat 21:20 radələrində Oğuz rayonu Sincam kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Qəni oğlu Bəşirov ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı E. Bəşirov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. Bəşirova lazımi tibbi yardım göstərilir, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar