Oğurluq etmiş İmişli şəhər sakinləri tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 13-nə keçən gecə İmişli şəhəri ərazisində şəhər sakinləri Şakir Hüseynova məxsus çay evindən və Nizami Əliyevə məxsus qarajdan qapının qıfılını sındırmaq yolu ilə 3 ədəd alüminium qapı, 30 kq mis və məişət əşyaları oğurlanıb. İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri İlqar Zeynalov və Əlfət Xanmədov tutulublar.
Bundan başqa Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-dən aprelin 9-dək olan müddətdə rayon sakinləri Ülfiyyət Eyvazovaya və Habil Mahmudova məxsus evlərdən pul və qızıl əşyalar oğurlamış şəhər sakini Miramin Əliyev yaxalanaraq məsuliyyətə cəlb edilib.