Oğurluq etmiş Ağcabədi rayon sakinləri polis tərəfindən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da rayon sakini Rizvan Əsədova məxsus soyuducu anbarındakı yardımçı otaqdan 5 top elektrik kabeli (4000 manat dəyərində) oğurlamış həmyerliləri Həsən Cəlilli, Mehman Hüseynov və qardaşı Mahir tutulub.
Araşdırma aparılır.