Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
19 mart 2016 15:01 (UTC +04:00)

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

0

 

Oğurluqda şübhəli bilinən şəxslər tutulub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə,  Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Xaldan kəndində Mingəçevir regionlararası elektrik şəbəkəsi MMC-yə məxsus, işlək vəziyyətdə olan 1480 metr naqili kəsərək oğurlamış Ağdaş rayon sakini Səxavət Xəlilov tutulub.

 

Bakıda Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də Şəhla Qurbanzadənin evindən pul, qızıl və gümüş əşyalar oğurlamış Mehman Quliyev saxlanılıb. 

 

Bənzər hadisə Yasamal rayonunda da qeydə alınıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki sağlamlıq mərkəzlərindən birindən 540 manat və sənədlər oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynəb Zeynalova tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar