Azərbaycanda oğurluq törətmiş bir neçə şəxs tutulub
21 iyul 2015 14:06 (UTC +04:00)

Azərbaycanda oğurluq törətmiş bir neçə şəxs tutulub

 

İyulun 20-nə keçən gecə Nəsimi rayonunun ərazisində şəhər sakini Aydın Əliyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə tütün məmulatı və 6 ədəd mobil telefon oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Balakən rayon sakini əvvəllər məhkum olunmuş Vüqar Ağayev tutulub.

 

Bundan əlavə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Zamin Həsənovun evindən 1000 manat və noutbuk oğurlamış Bakı şəhər sakinləri Ramiz Bayramov və Elçin Nəsirov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Xalidə Qurbanovanın və İradə Rüstəmovanın evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

 

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 18-də Elyanə Mehdiyevanın çantasından 150 manat oğurlamış şəhər sakini saxlanılıb. Belə ki, hadisəni törədən şəxs əvvəllər məhkum olunmuş Zümrüd Adilova tutulub.

 

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Mirbahar Mikayılovanın evindən 1250 manat oğurlamış rayonun Şahağacı kənd sakini Niyaməddin Dadaşov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, iyul ayının 15-də Şıyəkəran kənd sakini Sadiq Əliyevin evindən 105 manat pul və mobil telefon oğurlaması da müəyyən edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar