Oğurluq edən 3 nəfər tutuldu
11 avqust 2016 14:00 (UTC +04:00)

Oğurluq edən 3 nəfər tutuldu

0

 

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  iyulun 21-də şəhər sakini Məhəbbət Abdullayevaya məxsus mağazadan 700 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Şaban Abdulhəşimov tutulub.

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də rayon sakini Allahşükür İbrahimova məxsus mağazadan 137 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Nofəl Nuriyev tutulub.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da şəhər sakinləri – B.Həsənova, M.Həsənova və İ.Hümbətliyə məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Hüseyn Hadıyev tutulub.

 

 

Hər 3 fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar