Oğurluğa görə tutulan şəxsin yeni cinayətləri ortaya çıxıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, oğurluq etdiyinə görə tutulmuş Heybət Dadaşovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-may ayları ərzində Hökməli qəsəbəsi ərazisindəki 3 evdən 5000 manat dəyərində qızıl əşyalar, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.