Oğurluğa girdiyi evin xanımını öldürən şəxsə hökm oxundu
03 oktyabr 2019 13:19 (UTC +04:00)

Oğurluğa girdiyi evin xanımını öldürən şəxsə hökm oxundu

 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. 
 
APA-nın məlumatına  görə, hakim İlham Mahmudovun sədrlik etdiyi iclasda hökm oxunub.
 
Hökmə əsasən, K.Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, hadisə aprelin 17-də Xəzər rayon Şağan qəsəbəsi, yeni yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.
 
K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar