Oğul atasının bank kartından 1300 manat oğurladı
Salyanda bank kartlarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T. Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının bank hesabından 1300 manat çıxararaq oğurlaması da müəyyən edilib.
518