
Elektrik naqillərini oğurlayan şəxs tutuldu
İyunun 9-da Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, daxil olmuş müraciət əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat -axtarış tədbirlərinə başlanılıb. “İsti izlər” lə keçirilmiş tədbirlərlə oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı ŞPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar yazılar

Ağdaşda FACİƏ: 13 yaşlı uşaq arxda boğulub öldü
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32