Şamaxı rayonunda qətl hadisəsi törədilib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.
Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb.
Məlumata görə, spirtli içki qəbul edərək evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən bəri qadının Mədrəsə qəsəbəsindəki evində yaşayıb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.