Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun
04 iyun 2015 20:09 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun

GÜNÜN ŞƏRHİ
 
Yaxın Şərqdə gündəm bütünlüklə İranın nüvə proqramına dair “altılıq”la imzalanacaq sazişə köklənib. OPEK-in kartel üzvü olmayan ölkələri neft bazarında sıxışdırması, Səudiyyə Ərəbistanının təhriki ilə neftin ucuzlaşdırılması, yaxud Əsəd qüvvələrinin qəfildən aktiv əməliyyatlara başlaması bu sazişlə birbaşa, ya dolayı olaraq əlaqəlidir. Qərbdə olduğu kimi, Yaxın Şərqdə də İranla bu sazişin imzalanmasını dəstəkləyən, və ya buna qarşı çıxan qüvvələr var. Sazişə dəstək verənlər bu addımdan sonra ABŞ-ın Yaxın Şərq siyasətinin daha liberal xarakter daşıyacağını düşünürlər. Onlar hesab edir ki, İranın oyuna əvvəlki gücü daxil olması Yaxın Şərqdə qüvvələr balansını tarazlamış olacaq, hərbi qarşıdurmaların yerini çəkingənlik siyasəti alacaq. Sazişə qarşı çıxanların arqumenti daha obyektivdir, onlar sazişdən sonra İranın və “şiə qurşağı”nın güclənəcəyini əsas gətirir və Yaxın Şərqdə əvvəlki təsir imkanlarını itirəcəklərini nəzərə alırlar. Hər iki tərəfin fikirlərinin ortaq olduğu nöqtə budur  - saziş İranın Yaxın Şərqdə təsir imkanlarını artıracaq və siyasi güc xəritəsi dəyişəcək. Birləşmiş Ştatlara ünvanlanan narazılığın mahiyyəti də budur. Prosesləri kənar gözlə dəyərləndirdikdə hər kəs haqlıdır, amma dilə gətirilməyən bir məqam var - Yaxın Şərqdə qüvvələr balansının köklü şəkildə dəyişməsində ən maraqlı tərəf elə Birləşmiş Ştatlar özüdür... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15