Qaxda çoban GÜLLƏLƏNDİ
06 dekabr 2025 11:23 (UTC +04:00)

Qaxda çoban GÜLLƏLƏNDİ

0

Qaxda kişi güllə yarası alıb.

Lent.az xəbər verir ki, hadisə Baydarlı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 46 yaşlı Rasim Məmmədov qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1212

Oxşar yazılar