GÜNÜN ŞƏRHİ
Artıq bir aydır Əsəd beynəlxalq ictimai rəydə öz imicinin reabilitasiyası ilə məşğuldur. Artıq bir aydır Rusiya kütləvi informasiya vasitələri bu işdə Əsədə açıq dəstək verir. Təəccüblü heç nə yoxdur, Suriya məsələsi Moskva üçün “olmazsa, olmaz”a çevrilib. Qərb koalisiyası Əsəd rejimini devirməyə nail olsa, Rusiyanın Yaxın Şərqdə çevrəsi bir az da daralacaq. Kremlin xarici ölkələrdə çox az sayda hərbi bazalarından biri məhz Suriyada yerləşir, Tartusdakı bu hərbi baza Qərbi çəkindirmək mahiyyəti daşıyır. Moskva bu səbəblə Suriyada hərbi iştirakını daha da genişləndirməyə çalışır. Belə olan təqdirdə Rusiya mediasının Əsədi ictimai rəydə reabilitasiya etməsi təəccüb doğurmamalıdır. Moskvanın Əsədə verdiyi bu media dəstəyi müqabilində ondan istədiyi başqa məsələlər də var. Onlardan biri öz sözünü Əsədin dili ilə söylətməkdir. Buna görə Əsədin bəyanatlarına Suriyanın deyil, Moskvanın mövqeyi kimi baxmaq daha düzgün olardı.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Sentyabr
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17