Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Mart
15 mart 2016 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Mart

GÜNÜN ŞƏRHİ

 

Siyasət romantizmi sevmir, amma romantizm siyasətə pozitiv rəng qatır. Bəzən siyasi gerçəkliklər romantizm fonunda toplum tərəfindən daha yaxşı qavranır. “Bir millət, iki dövlət” tezisi buna ən gözəl misal ola bilər. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə ekspromt səfəri iki dövlətin münasibətlərinin strateji müttəfiqlik səviyyəsindən də üstün olduğunu göstərdi. Və bu səfər Azərbaycanın “Türkiyəmi, Rusiyamı” seçimi qarşısında qaldığına dair əsassız iddiaları puç etdi. Ankarada verilən bəyanatlar və mətbuat konfransı sonrası jestlər belə iddialara ən yaxşı cavab idi. Bu, artıq romantizm deyil, siyasi gerçəklikdir. Bölgədə gedən proseslər bütün ölkələrə aşağı-yuxarı eyni dərəcədə təsir edir, neqativ təsirlərdən sığortalanmaq və ya bu təsirləri ümumiyyətlə aradan qaldırmaq sıx əməkdaşlıq tələb edir. Azərbaycan və Türkiyənin bölgədəki çağırışlara qarşı eyni cavabı verməsi təkcə bu ölkələrin deyil, bütün bölgənin durumuna təsir edə biləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar