GÜNÜN ŞƏRHİ
Qərb qlobal təhlükəsizlik sistemində İranın rolunu Tehrandan fərqli görür. Sanksiyaların önəmli hissəsini qaldırılmasının ardınca Tehranın iki istiqamətdə - regionda və enerji bazarında çəkisini sürətlə artırması müşahidə olunur. Bu prosesin gələcəyini təsəvvür etmək çətin deyil, qısa formada desək, İranın nəzarətdən çıxması sabah aradan qaldırılması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi, bölgədə Qərbin maraqlarını təmsil edən siyasilərin Tehrana qarşı ard-arda bəyanatlarla çıxış etməsi bunu göstərir - Qərb nəzarətsiz İranın yarada biləcəyi problemləri anlamağa başlayır. ABŞ geriyə addım ata bilərmi? Hələlik bu çətin görünür, ən azı bölgədə və dünyadakı siyasi, iqtisadi konyuktura buna tam imkan vermir. Bu səbəbdən ABŞ İrana qarşı çəkindirmə mexanizmlərini işə salıb və hələ uzun illər bu mexanizmlərdən istifadə edəcəyinə işarə vurur. Yəni, sanksiyaların biri ləğv edilsə də, yenisi tətbiq olunacaq, bir pozitiv bəyanatın ardınca ikinci sərt bəyanat səslənəcək. Bu səbəbdən ABŞ-İran münasibətləri hələ uzun müddət Tom və Cerrinin, yaxud məşhur sovet cizgi filmindəki canavarla dovşanın münasibətlərini xatırladacaq.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Mart
223